2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 30 milyon 889 min dollar dəyərində 134 min 870 ton buğda idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 51 milyon 99 min dollar yəni 2,7 dəfə, miqdar ifadəsi ilə təxminən 133 min 244 ton ( 2 dəfə) azalıb.
Ötən ilin müvafiq dövründə 81 milyon 988 min dollar məbləğində 268 min 114 ton buğda gətirilib.
1 ton buğdanın idxal qiyməti bu il 229 dollar, ötən il isə 306 dollar təşkil edib. Qiymətlərdə 77 dollar və ya 25,1% ucuzlaşma qeydə alınıb.
1 kq buğdanın idxalı cari ilin iki ayında 39 qəpik, ötən ilin müvafiq dövründə 52 qəpiyə başa gəlib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri Azərbaycanın ümumi idxalının 1,26%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə buğdanın idxalı Azərbaycanın ümumi idxalının 3,09%-nə bərabər olub.