2022-ci ili ilin yanvar-dekabr aylarında Azərbaycandan xaricə 362 min 206 ton azot gübrəsi ixrac edilib.
Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 min 29 ton və ya 0,6% çoxdur.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu ilin 12 ayında 83 milyon 10 min ABŞ dolları dəyərində azot gübrəsi ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 126 milyon 752 min dollar və ya 2,5 dəfə azdır.
Ötən il azot gübrəsinin satışından 209 milyon 763 min dollar gəlir əldə edilmişdi.
1 ton azot gübrəsinin ixrac qiyməti hesabat dövründə 229 , ötən ilin eyni dövründə 582 dollar olub. Bu da illik müqayisədə 353 dollar və ya 2,5 dəfə azdır.
Bu da o deməkdir ki, azotun 1 kq-nın 2023-cü ildə ixrac qiyməti 0,40 manat, 2022-ci ildə 0,99 manaT olub.