Cari ilin yanvar ayında Azərbaycana 9 milyon 663 min dollar dəyərində 239 ədəd elektromomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 4 milyon 725 min dollar və ya 95,7%, miqdar ifadəsi ilə 120 ədəd və ya 2 dəfə artıb.
1 ədəd elektromobilin qiyməti 2024-cü ilin ilk ayında 40 433 dollar (68 736 manat), 2022-ci ilin sonunda isə 41 495 dollar (70 541 manat) olub. Beləliklə don bir ildə elektromobillər 1 062 dollar (1 806 manat) və ya 2,6% ucuzlaşıb.