Bu ilin yanvar ayında xaricdən Azərbaycana ümumilikdə 113 milyon 420,19 min dollar dəyərində 6 min191 ədəd avtomobil gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2023-ci ilin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 10% və ya 692 ədəd azalıb, dəyəri baxımından 63.3% və ya 10 milyon 799,63 min dollar artıb. 2023-ci ilin müvafiq dövründə Azərbaycana102 milyon 620,56 min dollar dəyərində 6 min 881 ədəd avtomobil idxal edilib.
Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 320 dollar (31 min 144 manat), ötən ilin eyni dövründə isə 14 min 914 dollar (25 manat 353 manat) olub. İdxal qiyməti son bir il ərzində 3 407 dollar (5 min 791 manat), yəni 22,8% artıb
Hesabat dövründə idxal olunan avtomobilərin 807,75 min manat dəyərində 20 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 100 min 25,05 min manat dəyərində 5 643 ədədi minik avtomobilləri, 40 milyon 205,43 min manat dəyərində 1 235 ədədi hibrid, 9 milyon 663,41 min manat dəyərində 239 ədədi elektromobillər, 8 milyon 907,75 min manat dəyərində 495 ədədi yük, 3 milyon 449,64 min manat dəyərində 33 ədədi isə xüsusi təyinatlı avtomobillər olub.