Gömrük əməkdaşları xaricdən qanunsuz gətirilən daha bir neçə telefon aşkar ediblər.
Azərbaycana qanunsuz gətirilən kompüter, planşet və mobil telefonlar aşkarlanıb
FED.az xəbər verir ki, bu telefonlar Səudiyyə Ərəbistanından Azərbaycana sərnişinlərin şəxsi telefonu kimi gətirilib, sonra isə aeroportdan çıxmadan avtomobil dayanacağında bir yerə toplanırmış, gömrüçülər də onları burada yaxalayıblar.
Rəsmi məlumatda deyilir ki: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən mobil telefonlar və onların aksesuarları aşkar edilib.
Əməliyyat tədbirləri zamanı Ciddə-Bakı aviareysi ilə sərnişin qismində gələn şəxslər tərəfindən ölkəyə gətirilən mobil telefonların gömrük nəzarətindən keçirildikdən və gömrük zonasını tərk etdikdən sonra hava limanı ərazisindəki avtomobil dayanacağında Azərbaycan Respublikası vətəndaşına təhvil verildiyi müəyyən edilib.
Əməliyyat qrupunun üzvləri tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunan Azərbaycan Respublikası vətəndaşına məxsus avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsindən 18 ədəd “İphone” və “Samsung” markalı mobil telefon və 12 ədəd mobil telefon aksesuarı aşkar edilib.
https://customs.gov.az/az/faydali/xeberler/1549