Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları kompüter, planşet, səs gücləndirici və müxtəlif markalı mobil telefon aksesuarlarının qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
FED.az komitəyə istinadən xəbər verir ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, şirkət ünvanına göndərilmiş mallara gömrük bəyannaməsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra baxış keçirilib.
Bu zaman bəyannamədə qeyd olunmayan və qutularla eynilik təşkil etməyən, malları digər malların zahiri görünüşündən istifadə etməklə gizlədilən 6 ədəd “Apple İpad Pro” markalı planşet, 26 ədəd “Apple MacBook” markalı kompüter, 15 ədəd “Apple” markalı yükləyici, 500 ədəd müxtəlif markalı mobil telefonlara məxsus ekran və 10 ədəd batareya, 100 ədəd “JBL GO3” markalı səs gücləndirici aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.