2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 20 milyon 825 min dollar dəyərində 73 min 062 ton qarğıdalı idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 3 milyon 330 min dollar yəni 13,8%, miqdar ifadəsi ilə təxminən 2 min 802 ton (3,7%) azalıb.
Ötən ilin müvafiq dövründə 24 milyon 155 min dollar məbləğində 75 min 824 ton qarğıdalı gətirilib.
1 ton qarğıdalının idxal qiyməti 2023-cü ili 285 dollar, əvvəlki il isə 318 dollar təşkil edib. Qiymətlərdə 33 dollar və ya 10,5% bahalaşma qeydə alınıb.
Bu da o deməkdir ki, 1 kq qarğıdalının idxal qiyməti 2023-cü ildə 0,49 manat, 2022-ci ildə 0,54 manat olub.
Qeyd edək ki, hesabat dövründə gətirilmiş qarğıdalı Azərbaycanın ümumi idxalının 0,12%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,17%-ni təşkil etmişdi.