2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 46 milyon 378 min dollar dəyərində 50 min 959 ton düyü idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 5 milyon 669 min dollar yəni 13,9%, miqdar ifadəsi ilə təxminən 2 min 769 ton ( 5,7%) artıb.
Ötən ilin müvafiq dövründə 40 milyon 709 min dollar məbləğində 48 min 190 ton düyü gətirilib.
1 ton düyünün idxal qiyməti bu il 910 dollar, ötən il isə 845 dollar təşkil edib. Qiymətlərdə 65 dollar və ya 7,7% bahalaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə gətirilmiş düyü idxalı Azərbaycanın ümumi idxalının 0,29%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,32%-ni təşkil etmişdi.