Bu ilin yanvar ayında Azərbaycana 36,8 milyon dollar dəyərində 189 ədəd avtobus idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, avtobus idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 31 milyon dollar və ya 6,3 dəfə, miqdar ifadəsilə isə 118 ədəd, başqa sözlə 2,6 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində ölkəyə 5,8 milyon dollar dəyərində 71 ədəd avtobus gətirilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə idxal olunan bir avtobusun orta qiyməti 194 min 935 dollar (təxminən 331 min 390 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 81 min 877 dollar (təxminən 139 min 191 manat) idi. Bu da illik müqayisədə 113 min 058 dollar (192 min 199 manat) və ya 2,4 dəfə bahalaşma deməkdir.










