Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Qlobal DTC-nin (Rəqəmsal Ticarət Dəhlizi) baş direktoru, Sinqapur üzrə proqram təminatçısı və operatoru Vi Tanla görüşüb.
Gömrük Komitəsində xarici iş adamları ilə - GÖRÜŞ KEÇİRİLİB
DGK-dən FED.az-a bildirilib ki, görüşdə multimodal yüklərin daşınması prosesində məlumatların rəqəmsal transformasiyasının həyata keçirilməsi, sənəd dövriyyəsinin optimallaşdırılması, bu sahədə mövcud qabaqcıl təcrübələrin paylaşılması, əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi və Vahid Tranzit Portalı barədə ətraflı məlumat verilib, yük axınlarının səmərəli şəkildə idarə olunması, elektron məlumat mübadiləsinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.