Mayın 25-də Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər.
Şahin Bağırov Sədərək gömrüyündə olub, keçidin - ASANLAŞMASINI TAPŞIRIB
FED.az xəbər verir ki, palatanın üzvü olan 30 şirkətin 50-dən çox nümayəndəsinin iştirak etdiyi görüşdə Komitənin son dövrlərdə reallaşdırdığı layihələr, həmçinin gömrük dəyəri ilə bağlı yeniliklər müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən gömrük dəyəri ilə bağlı təqdimat nümayiş etdirilib, bu istiqamətdə həyata keçirilən yeniliklər, qabaqcıl beynəlxalq təcrübələr barədə sahibkarlıq subyektlərinə məlumat verilib.
Həmçinin “Elektron hesab səhifəsi” xidməti, gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb, AmCham-ın üzvlərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.