Bu ilin yanvar ayında Azərbaycandan 3 milyon 324 min dollar həcmində 56 min 483 ton sement ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 941 min dollar və ya 22,1%, miqdar ifadəsilə isə 11 min 853 ton, başqa sözlə 17,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 4 milyon 265 min dollar dəyərində 68 min 336 ton sement ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi sementin 1 kiloqramının orta ixrac qiyməti 0,06 dollar (təxminən 10 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,06 dollar (təxminən 11 qəpik) idi. Qiymət demək olar ki dəyişməyib, cüzi 5,7%-lik ucuzlaşma qeydə alınıb.
Bu il yanvar ayında ümumi ixracın 0,15%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,24%-i sementin payına düşüb.










