Bu ilin yanvar ayında Azərbaycandan cəmi 640 min dollar həcmində 13 milyon 319 min kVt/saat elektrik enerjisi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 7,1 milyon dollar və ya 12,1 dəfə, miqdar ifadəsilə isə 127 milyon 600 min kVt/saat, başqa sözlə 9,6 dəfə azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 7 milyon 775 min dollar dəyərində 140 milyon 918 min kVt/saat elektrik enerjisi ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin 1 kVt/saatının orta ixrac qiyməti 0,048 dollar (təxminən 8,2 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,055 dollar (təxminən 9,4 qəpik) idi. Bu da illik müqayisədə 0,007 dollar (1,2 qəpik) və ya 12,7% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,03%-i, qeyri-neft sektoru üzrə ixracın isə 0,24%-i elektrik enerjisinin payına düşüb.










