Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 30 min 409.47 ton şəkər ixrac edilib.
Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 min 328,72 ton və ya 30,5% azdır.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, Bu ilin 11 ayında 22 milyon 660 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 8 milyon 172,51 min dollar və ya 26.5% azdır.
1 ton şəkərin ixrac qiyməti hesabat dövründə 745, ötən ilin eyni dövründə 705 dollar olub. Bu da illik müqayisədə 40 dollar və ya 5,7% çoxdur.
Cari ilin yanvar-noyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.75%-ə bərabər olub.
Ötən ilin yanvar-noyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.18%-ə bərabər olub.