Bu ilin yanvar-fevral aylarında Azərbaycan Rusiyadan 422 min 950 dollar dəyərində 3,38 min dkl araq idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 25 min 950 dollar, yəni 5,8%, miqdar ifadəsi ilə təqribən 1,37 min dkl (28,8%) azdır.
Ötən ilin eyni dövründə ölkəyə 448 min 900 dollarlıq 4,75 min dkl araq gətirilib.
Bu da o deməkdir ki, 1 dkl arağın orta idxal qiyməti cari ilin ilk 2 ayında 213 manat təşkil edib.
İllik müqayisədə arağın orta idxal qiymətində 52 manat və ya 32,4% bahadır.
Ötən il isə bu göstərici 160 manat olub.