Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 815 min 960 dollar dəyərində 1 157 ton kivi idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 125 min 310 dollar, yəni 13,3%, miqdar ifadəsi ilə təqribən 171 ton (12,9%) azdır.
Ötən ilin eyni dövründə ölkəyə 941 min 270 dollarlıq 1 327 ton kivi gətirilib.
Bu da o deməkdir ki, 1 kq kivinin orta idxal qiyməti cari ilin ilk 2 ayında 1,20 manat təşkil edib. Ötən il isə bu göstərici 1,21 manat olub.