Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı:
Sosial şəbəkələrdə ölkəyə idxal olunan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı əlavə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşılır.
Rüşvət ilə gömrükdən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər - SAXLANILDI
Azərbaycanda gömrük ödənişlərindən yayınma faktı 8 dəfəyədək artıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bildirir ki, ölkə ərazisinə gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişləri idxal gömrük rüsumu, aksiz vergisi, ƏDV, gömrük yığımları, vəsiqə və elektron gömrük haqqıdır. Gömrük rəsmiləşdirilməsi zamanı alınan ödənişlər xaricində tələb olunan ödənişlərin gömrük orqanlarına aidiyyəti yoxdur.
Onu da qeyd edək ki, gömrük orqanları tərəfindən toplanan və ya alınması gömrük orqanlarına həvalə edilən ödənişlər nağdsız qaydada həyata keçirilir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.