Azərbaycanda gömrük ödənişlərinin ödənilməsindən yayınma faktı artıb.
FED.az Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin yanvar-avqust ayları ərzində bu növ üzrə 92 fakt qeydə alınıb.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 fakt, yəni 7,6 dəfə çoxdur.
2022-ci ilin yanvar-avqust ayları ərzində 12 belə fakt qeydə alınmışdı.