Bu ilin ilk 2 ayında Azərbaycandan 6 milyon 207 min dollar dəyərində 6 min 416 ton ilkin formalı polipropilen ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, polipropilen ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 629 min dollar (9,2%), miqdar ifadəsilə isə 588 ton (10,1%) azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 6 milyon 836 min dollar dəyərində 5 min 828 ton polipropilen ixrac olunmuşdu.
Bu ilin ilk 2 ayında ümumi ixracın 0,17%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,07%-i polipropilenin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstəricilər müvafiq olaraq 0,14% və 1,41% idi.
Polipropilenin 1 kiloqramının orta ixrac qiyməti bu il 0,97 dollar (1,65 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu qiymət 1,17 dollar (1,99 manat) idi. Bu da illik müqayisədə 0,20 dollar (0,34 manat) və ya 17,1% ucuzlaşma deməkdir.











