Bu ilin ilk 2 ayında Azərbaycandan 21 milyon 869 min dollar dəyərində 68 min 763 ton azot gübrəsi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, azot gübrəsi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14 milyon 139 min dollar (39,3%), miqdar ifadəsilə isə 53 min 620 ton (43,8%) azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 36 milyon 8 min dollar dəyərində 122 min 383 ton azot gübrəsi ixrac olunmuşdu.
Azot gübrəsinin 1 kiloqramının orta ixrac qiyməti 0,32 dollar (0,54 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu qiymət 0,29 dollar (0,49 manat) idi. Bu da illik müqayisədə 0,03 dollar (0,05 manat) və ya 10,3% bahalaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,60%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,77%-i azot gübrəsinin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstəricilər 0,76% və 7,42% olmuşdu.











