Bu ilin ilk 11 ayında Azərbaycandan 340,6 milyon dollar həcmində 349,2 min ton plastmassa və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, plastmassa ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20,2 milyon dollar və ya 5,6%, miqdar ifadəsilə isə 35,4 min ton, başqa sözlə 9,2% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 360,7 milyon dollar dəyərində 384,7 min ton plastmassa ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi plastmassanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 66 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 60 qəpik idi. Bu da illik müqayisədə 6 qəpik və ya 3,8% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 1,46%-i, qeyri-neft sektoru üzrə ixracın isə 10,27%-i plastmassanın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 1,48% və 11,67% olmuşdu.










