Bu ilin ilk 11 ayında Azərbaycandan 80,7 milyon dollar həcmində 77,9 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, qara metal ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 495 min dollar və ya 0,6%, miqdar ifadəsilə isə 10,5 min ton, başqa sözlə 11,8% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 81,2 milyon dollar dəyərində 88,3 min ton qara metal ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi qara metalların 1 kiloqramının orta ixrac qiyməti 1 manat 76 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 manat 56 qəpik idi. Bu da illik müqayisədə 20 qəpik və ya 12,8% bahalaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,34%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,43%-i qara metalların payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,33% və 2,63% olmuşdu.










