Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 160,4 milyon dollar dəyərində pambıq mahlıcı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 62,2 milyon dollar və ya 63,3% çoxdur.
Məlumata görə, 2023-ci ilin müvafiq dövründə pambıq mahlıcının ixracının ümumi dəyəri 98,2 milyon dollar təşkil edib.