Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 milyon dollar dəyərində qızıl ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7 milyon dollar və ya 37,7% çoxdur.
Məlumata görə, 2023-ci ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 118,7 milyon dollar təşkil edib.
Təkcə, bu ilin oktyabrında Azərbaycandan 48,1 milyon dollarlıq qızıl ixrac olunub.
Bu da illik müqayisədə 31,2 milyon dollar və ya 2,8 dəfə çoxdur.
2023-ci ilin müvafiq dövründə qızıl ixracının ümumi dəyəri 16,9 milyon dollar təşkil edib.