Bu ilin yanvar ayında Azərbaycandan 3 milyon 127 min dollar həcmində 1 min 447 ton pambıq ipliyi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1,8 milyon dollar və ya 2,4 dəfə, miqdar ifadəsilə isə 922 ton, başqa sözlə 175,3% 2,8 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 1 milyon 316 min dollar dəyərində 525 ton pambıq ipliyi ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq ipliyinin 1 kiloqramının orta ixrac qiyməti 2,16 dollar (təxminən 3 manat 67 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 2,51 dollar (təxminən 4 manat 27 qəpik) idi. Bu da illik müqayisədə 0,35 dollar (60 qəpik) və ya 13,9% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,14%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,17%-i pambıq ipliyinin payına düşüb.










