Bu ilin ilk 2 ayında Azərbaycandan 3 milyon 127 min dollar dəyərində 3 min 383 ton pambıq ipliyi ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 297 min dollar və ya 10,5% artıb. Miqdar ifadəsilə isə ixrac 2 min 264 ton və ya 3 dəfə çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 2 milyon 830 min dollar dəyərində 1 min 119 ton pambıq ipliyi ixrac olunmuşdu.
Pambıq ipliyinin 1 kiloqramının orta ixrac qiyməti bu il 0,92 dollar (1,56 manat) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu qiymət 2,53 dollar (4,30 manat) idi. Bu da illik müqayisədə 1,61 dollar (2,74 manat) və ya 63,6% (başqa sözlə 2,7 dəfə) ucuzlaşma deməkdir.
Bu il ilk 2 ayda ümumi ixracın 0,20%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,26%-i pambıq ipliyinin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstəricilər 0,06% və 0,58% olmuşdu.











