2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 86 milyon 738 min dollar dəyərində 41 min 78 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 2 milyon 475 min dollar yəni 2,9% artıb , miqdar ifadəsi ilə təxminən 2 min 866 ton ( 6,4%) azalıb.
Ötən ilin müvafiq dövründə 84 milyon 263 min dollar məbləğində 44 min 573 ton ət gətirilib.
1 ton ətin idxal qiyməti bu il 2 080 dollar, ötən il isə 1 890 dollar təşkil edib. Qiymətlərdə 190 dollar və ya 10% bahalaşma qeydə alınıb.
Bu da o deməkdir ki, ətin 1 kq-nın idxal qiyməti 2023-cü ildə 3,53 manat, 2022-ci ildə isə 3,21 manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən ətin dəyəri Azərbaycanın ümumi idxalının 0,50%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə ətin idxalı Azərbaycanın ümumi idxalının 0,58%-nə bərabər olub.