2025-ci ilin yanvar ayında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artaraq 487 milyon 159.3 min manata çatıb.
Azərbaycan ötən il pomidor ixracından 175,4 milyon dollar qazanıb
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 145,014 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 5.9% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 359,252 milyon manat (1.4% çox), aksizlər üzrə daxilolmalar 18,952 milyon manat (2.4% çox), yol vergisi üzrə daxilolmalar isə 3,939 milyon manat (16.2 çox) təşkil edib.