2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 12 milyard 271 milyon 972,13 min ABŞ dolları dəyərində 22 milyard 916 milyon 30,25 min m3 təbii qaz ixrac edilib.
FED.az bu barədə Gömrük Komitəsinin hesabatna istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təbii qaz ixracı dəyər ifadəsi ilə 2 milyard 381 milyon 446,55 min dollar (16,3%) azalıb, miqdar ifadəsi ilə 4 milyard 536 milyon 181,03 min m3 (24,7%) artıb.
2022-ci ilin yanvar-okryabr aylarında xaricə qaz ixarcı 14 milyard 653 milyon 418,68 min dollar dəyərində 18 milyard 379 milyon 849,22 min m3 təşkil edib.
Hər min kub metrə çəkilən xərc hesabat dövründə 536 dollar, keçən ilin müvafiq dövründə 797 dollar olub. Bu göstərici də son bir ildə 262 dollar və ya 32,8% azalıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 41,82%-i qaz ixracının payına düşüb.
2022-ci ilin yanvar-oktyabr aylarında isə bu göstərici 42,21% təşkil edib.