Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 % artıb.
“Bizdə qazın qiyməti o qədər də yüksək deyil”
FED.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bunun da 9,8 milyard kubmetri Avropaya, 8,1 milyard kubmetri Türkiyəyə, 1,9 milyard kubmetri isə Gürcüstana ixrac olunub.
Bundan başqa, onun sözlərinə görə, 10 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 4,7 milyard kubmetr qazla təchiz edib.