2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 520,18 milyon dollara bərabər olub.
Bu barədə "FED.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu da ötən illin eyni dövrünə nisbətən 2 778,8 milyon dollar və ya 6% azdır.
Son bir ildə ölkə üzrə ixrac 5 365,4 milyon dollar və ya 15.5% azalıb və 29 346 milyon ABŞ dolları təşkil edib.
İdxal isə 2 586,6 milyon dollar və ya 22.3% artım qeydə alınıb və 14 174,2 milyon ABŞ dollarına yüksəlib.
Xarici ticarət dövriyyəsinə 15 171,8 milyon dollarlıq müsbət saldo yaranıb.
Lakin bu, ötən ilin eyni dövrünə nisbətən 7 952,1 dollar və ya 34.4% azdlr.