Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 73 milyon 502 min dollarlıq şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib.
İxracdan ən çox qazanan özəl şirkətlər - YENİ SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 51 milyon 456 min dollar və ya 3,3 dəfə artıb.
Xatırladaq ki, ötən ilin ilk yarısında ölkədən 22 milyon 46 min dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilmişdi.
Hesabat dövründə ölkədən ixrac olunan şəkərin 71,7 milyon dollarlıq hissəsi və ya 97,6%-i “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin (Azərşəkər) payına düşüb. Bu şirkətin ixrac gəlirləri illik müqayisədə 50,9 milyon dollar və ya 3,5 dəfə artıb.
Qeyd edək ki, ötən il “Azərşəkər”in ixrac gəlirləri 20,8 milyon dollar olmuşdu. Şirkətin ixrac gəlirləri ölkədən ixrac olunan şəkərdən əldə olunan gəlirlərin 94,3%-ini tutmuşdu.














