İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə iyul sayını təqdim edib.
Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı artıb
FED.az xəbər verir ki, İcmala əsasən, 2026-cı ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "Prime Export" MMC, "Agrarco" MMC, "Silk Way Aviaşirkəti" MMC, "Vvest Stream" MMC, "Tabaterra" MMC və "P-Aqro" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "Socar Polymer" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "Azergold" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, "Naxçıvan Enerji" MMC və "Socar Cape" MMC.


















