Xanoba gömrük postu üzrə sərhəd-buraxılış məntəqəsində hazırda 13 nəqliyyat zolağı fəaliyyət göstərir. Bunlardan 6-sı yük nəqliyyat vasitəsi, 5-i minik nəqliyyat vasitələri üçün nəzərdə tutulub, 1-i VİP-dir və 2 zolaq da avtobusların keçidi üçün ayrılıb.
«Gömrük tarifi haqqında» qanuna - DƏYİŞİKLİK EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu jurnalistlərə Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə deyib.
O bildirib ki, hər iki istiqamətdə yük nəqliyyat vasitələrinin maksimum buraxılış həcmi 550-i, 1000 ədəd avtomobil, 30 ədəd avtobus və 5000 nəfər fiziki şəxsdir. Hərəkət zolaqları ilə yanaşı Ticarətin asanlaşdırılması mərkəzi də fəaliyyət göstərir. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.