Milli Məclis «Gömrük tarifi haqqında» qanuna dəyişiklik etməyə hazırlaşır.
Prezident gömrüklə bağlı - FƏRMAN İMZALADI
FED.az xəbər verir ki, sözügedən qanun layihəsi Milli Məclisin sabah, mayın 30-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Dəyişikliyə görə, ölkəyə xaricdən gətirilən bəzi mallara görə gömrük tarifi güzəştinin uzadılması nəzərdə tutulur.
Belə ki, qanunun 20.0.21-ci maddəsindən “minaaxtaran itlərin,” sözləri çıxarılacaq. Eyni zamanda həmin maddədə “idxalı – 2021-ci il oktyabrın 15-dən” sözləri “, onların yaradılması və (və ya) istehsalı üçün texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin və xammalın, habelə minaaxtaran itlərin idxalı – 2023-cü il martın 1-dən” sözləri ilə əvəz ediləcək.
20.0.21-ci maddənin indiki vəziyyəti
20.0.21. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı – 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə;
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.