Nazirlər Kabineti ölkə sahibkarları üçün maraqlı olan, daha dəqiqi malların gömrük rəsmiləşdirilməsiilə bağlı yeni qərar qəbul edib.
FED.az xəbər verir ki, söhbət malların daxildə emalı üçün xüsusi gömrük proseduru altında yerləşdirilməsindən gedir.
Nazirlər Kabineti 2014-cü il 14 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Yeni qərara əsasən Qaydaların 5.4-cü bəndində dəyişiklik edilib.
Yeniliyə əsasən bu prosedur zamanı təqdim edilməsi lazım olan sənədlər dəyişdirilib.
Belə ki, indi ərizə ilə bağlı sənədlər tələb ediləndə «İnzibati icraat haqqında» qanunun 30.5-ci maddəsinin tələbləri nəzərə alınacaq.
Bu o deməkdir ki, hansı sənədləri ki, Elektron Hökumət sistemindən əldə etmək mümkündür, onu Gömrük Komitəsi sorğu verib özü alacaq, yəni həmin sənədləri sahibkar toplamalı olmayacaq.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
Digər dəyişiklik daha vacibdir. Belə ki, qaydaların 5.4.1-ci bəndinə görə, əvvəllər malların daxildə emalı üçün gətirilməsi zamanı tələb olunan sənədlərdən biri «xarici malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş alqı-satqı müqaviləsi» idi.
İndi isə bu qayda dəyişdirilib, daxildə emal üçün mal gətirən sahibkar yuxarıda göstərilən sənədin əvəzinə «daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi və yaxud xidmət göstərilməsi məqsədilə xarici mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildikdə, xarici malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş mallar ixrac edilərkən bağlanılmış alqı-satqı müqaviləsi» tələb olunacaq.
Qaydalara növbəti dəyişiklik isə proseduru sadələşdirmək və lüzumsuz əməliyyatı aradan qaldırmaq üçündür. Belə ki, indiyədək qaydalara görə malı gətirən şəxs və ya şirkət şəxsiyyət vəsiqəsinin və ya qeydiyyat şəhadətnaməsinin notariusda təsdiqlənmiş surətini təqdim etməli idi. İndi bu aradan qaldırılıb və notariat təsdiqi tələb olunmayacaq.
Qeyd edək ki, malların daxildə emal üçün idxalı ilə bağlı gömrük rəsmiləşdirməsi proseduru sahibkarların, xüsusilə ciddi, istehsalal məşğul olan şirkətlərin ağrılı mövzularından biridir. Bu məsələ dəfələrlə Gömrük Komitəsi ilə bağlı görüşlərdə qalırılıb.
İndiyədək mövcud olan qaydalar daxildə emal üçün idxal prosesini çətinləşdirir və iş adamlarına problemlər yaradırdı.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az