2025-ci ilin yanvar-fevral aylarında gömrük xətti ilə büdcə daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% artaraq 1 milyard 17 milyon 766.5 min manata çatıb.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 289,709 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7.4% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 682,186 milyon manat (5.1% çox), aksizlər üzrə daxilolmalar 38,792 milyon manat (14.8% çox), yol vergisi üzrə daxilolmalar isə 7,078 milyon manat (5.5% çox) təşkil edib.