2023-ci ilin yanvar-aprel aylarında gömrük xətti ilə büdcə daxilolmaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.7% artaraq 2 milyard 46,681 milyon manata çatıb.
270 mal növü 2031-ci ilədək gömrük rüsumundan - AZAD EDİLDİ
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, gömrük rüsumları üzrə daxilolmalar 496 milyon 589.2 min manat (ötən ilin eyni dövrünə nisbətən 21% çox), əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 milyard 470,864 milyon manat (25.2% çox), aksizlər üzrə daxilolmalar 62.297 milyon manat (56.2% çox), yol vergisi üzrə daxilolmalar isə 17.030 milyon manat (1.5 % çox) təşkil edib. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az