Azərbaycanda süni intellekt əsaslı avtomatlaşdırılmış risk analiz sistemi - ARAS tətbiq olunduqdan sonra bu ilin I rübündə ölkənin sərhəd buraxılış məntəqələrindən nəqliyyat vasitələrinin keçmə müddəti ötən ilin eyni dövrünə nisbətən 46 % azalıb - 50 dəqiqədən 27 dəqiqəyə enib.
Gömrük Komitəsi "ÖZÜNET" platformasını təqdim edib - FOTO
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Riskləri İdarəsinin böyük inspektoru Günəş Hacıyeva Bakıda keçirilən "Sürətli və təhlükəsiz logostikada rəqəmsal gömrük dəstək mexanizmləri" mövzusunda panel müzakirələrində bildirib.
O qeyd edib ki, ARAS-ın tətbiqindən sonra sərhəd buraxılış məntəqələri üzrə nəqliyyat vasitələrinin qeydiyyata alınması da sürətlənib: "I rübün göstəricilərinə görə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 63 052-dən 66 572-yə yüksəlib. Həmçinin sərhədkeçmə üzrə yaşıl dəhlizin payı 56 %, qırmızı dəhlizin payı isə 44 % olub. Gömrük rəsmiləşdirməsi üzrə isə yaşıl dəhlizin payı 57 %, qırmızı dəhlizin payı 13 %, sarı dəhlizin payı 30 % təşkil edib. Yaşıl dəhliz üzrə 94 %-lik dəqiqlik qeydə alınıb". (Report)