Vətəndaş və sahibkar məmnuniyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi Dövlət Gömrük Komitəsinin əsas strateji hədəflərindəndir.
“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev "ÖZÜNET" platformasının təqdimatı zamanı deyib.
O bildirib ki, bu məqsədlə Komitə növbəti yeni layihənin tətbiqinə başlayır:
"Elektron həllərə əsaslanan “ÖZÜNET” layihəsi Dövlət Gömrük Komitəsinin təqdim etdiyi bütün elektron xidmətlərin cəmləşdiyi və bir nöqtədən idarə olunan platformadır. Belə ki, “ÖZÜNET” platformasına daxil olan hər bir şəxs Dövlət Gömrük Komitəsinin bütün elektron xidmətlərindən vahid məkandan istifadə edə biləcək. Bu layihənin əsas məqsədi gömrük orqanlarının təqdim etdiyi alətlərinə əlçətanlığın təmin edilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsidir", - deyə B. Quliyev əlavə edib.