FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçməklə Rusiya Federasiyasından Türkiyə Respublikasına “gigiyenik vasitələr” yükünü daşıyan nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilib.
Dərmanların qanunsuz olaraq Azərbaycana gətirilməsinin qarşısı alınıb
Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindən mal müşayiət sənədlərində göstərilməyən, gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formada bəyan edilməyən 9990 qutuda, 325 paketdə, 42 plastik qabda, 761 flakonda qablaşdırılan 27 müxtəlif adda dərman vasitələri, həmçinin üzərində heç bir yazı qeyd olunmayan 637 flakon maye, üzərində “Neofin” yazısı olan 400 qutu və hər hansı yazı olmayan 350 ədəd karton kağız, 320 ədəd üzərində yazı olmayan şəffaf plastik qablar, üzərlərində “Neofin/ Neofin”, “Neofin Aqua”, ‘www.neofın.bio vertification” yazıları olan 16 rulon stikerlər aşkar olunub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az