Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
FED.az xəbər verir ki, Baş İdarənin "Sədərək" gömrük postunda Türkiyədən ölkəmizə gələn "Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu sual olunub.
Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkar edilib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az