Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 20,9 milyon nəfər sərnişin daşınıb, avtomobil nəqliyyatı sahəsində 1,2 milyon ton yük daşınmışdır. 2022-ci ilin yanvar-mart aylarına nisbətən sərnişin daşınması 25,6 faiz artmış, yük daşınması isə 8,1 faiz artıb.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 1,8 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 96,2 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 82,4 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 17,6 faiz təşkil edib.