2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumi idxalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48.8% artaraq 8 132,9 milyon ABŞ dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın 2 667,9 milyon ABŞ dolları və ya 48,8% artımı qeyri-monetar qızılın həcmi ilə bağlıdır.
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 4,1 dəfə azalıb
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Qeyd edilib ki, cari ilin yanvar-aprel aylarında qeyri-monetar qızılın idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 dəfə artaraq 2 527,3 milyon ABŞ dolları təşkil edib.
Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan idxalın həcmi 5 605,6 milyon ABŞ dollarına bərabər olub və 8,4% artıb. Xarici ticarətdə isə 3 179,1 milyon ABŞ dolları məbləğində müsbət saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% artım deməkdir.