“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Xaricdən gətirilən elektromobilə görə – NƏ QƏDƏR GÖMRÜK VERGİ VƏ RÜSUMU TUTULUR? – İZAHAT, MİSAL
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Kollegiyası qərar qəbul edib.
Bundan əvvəl “Azərterminalkompleks” Birliyi müqavilə əsasında xarici ticarət fəaliyyətinin iştirakçılarına gömrük məsələləri üzrə xidmətlər göstərib. Bundan sonra “Azərterminalkompleks” Birliyi komitə tərəfindən verilmiş səlahiyyət əsasında xarici ticarət iştirakçılarına gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə xidmətlər göstərəcək.
Həmçinin əsasnamədə edilmiş dəyişikliklə, “Azərterminalkompleks” Birliyinin yeni vəzifəsi müəyyən edilib. Qurum ticarətin asanlaşdırılması mərkəzlərində müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin saxlanılmasını və mühafizəsini təmin edəcək. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az