Çin hökuməti ABŞ-dan idxal olunan məhsullar üçün tarifləri (gömrük rüsumlarını) 50 faiz bəndi artıraraq 34 faizdən 84 faizə qaldırıb. Tariflər aprelin 10-dan qüvvəyə minəcək.
Tramp Çindən idxal olunan mallara gömrük rüsumunu 104%-ə qaldırdı
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın 10% - 50% aralığında olan və təxminən 60 ölkəyə tətbiq edilən tarifləri (gömrük rüsumları) bu gün səhər saatlarında qüvvəyə minib. ABŞ, Çindən idxal olunan məhsullara 20%-lik tarifə əlavə olaraq Aprelin 2-sində 34% əlavə tarif elan edib. Çinin 34%-lik cavab tədbirindən sonra Tramp bu ölkəyə əlavə 50% də tarif elan edib. Belə ki, ABŞ-ın Çindən idxal olunan məhsullara tətbiq olunacaq gömrük rüsumunun dərəcəsi bu gün səhər saatlarında 104% olaraq qüvvəyə minib.
Çinin Baş naziri Li Qiang, ABŞ-ın tariflərinə baxmayaraq, ölkəsinin xarici şokları tamamilə neytrallaşdırmaq üçün kifayət qədər alətlərə malik olduğunu söyləyib və 2025-ci ildə iqtisadi artım üçün nikbinliyini bir daha təkrarlayıb.
Çinin prezident Xi Jinping-dən sonra ikinci ən yüksək rütbəli rəsmi olan Li əlavə edib ki, Pekin ölkənin sağlam və dayanıqlı iqtisadi artımı saxlamaq qabiliyyətinə güclü əmindir.
XXX
Çin ABŞ-a cəmi 84 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, Çin tarifin (gömrük rüsumunun) aprelin 10-dan qüvvəyə minəcəyini açıqlayıb.
Dünən ABŞ Çindən idxal olunan məhsullara gömrük rüsumlarını 104%-ə çatdırıb. (Marja)