Azərbaycan 2022-ci ildə xaricə zəfəran ixracını əvvəlki illə müqayisədə 3 dəfə artırıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə xarici ölkələrə 10 kiloqram zəfəran ixrac edilib. İxracın ümumi dəyəri 7560 dollar təşkil edib. Bu hesabla 1 kiloqram zəfəranın ixrac qiyməti 756 dollar təşkil edib.
2022-ci illə müqayisədə zəfəranın ixracı miqdar baxımdan dəyişməsə də, qiymət və ümumi məbləğ baxımından 3 dəfə artıb.
Belə ki, 2022-ci ildə Azərbaycandan xaricə 20 kiloqram zəfəran ixrac edilib, ixracın ümumi dəyəri 2 250 dollar təşkil edib, bu hesabla 1 kiloqram zəfəranın ixrac qiyməti 112 dollar olub.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.