2023-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 18 milyon 351.96 min dollar dəyərində 59 min 654.78 ton azot gübrəsi ixrac edilib.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici məbləğ baxımından 37.7% və ya 11 milyon 91.53 min dollar azalıb, həcm baxımından isə 23.9% və ya 11 min 495 ton artıb.
Qeyd edək ki, ixrac olunan azot gübrəsinin həcminin artıb, dəyərinin azalması ixrac qiymətinin kəskin enməsi hesabına olub. Belə ki, ötən ilin yanvar-fevral aylarında azot gübrəsinin hər tonunun orta ixrac qiyməti 608.7 dollara bərabər olubsa, cari ilin yanvar-fevral ayında bu qiymət 50% azalaraq 304.8 dollar təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında azot gübrəsi ixracı Azərbaycanın ümumi ixracının 0.40%-nə bərabər olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.