İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı KOB Evində sahibkarlarla görüş keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri iştirak ediblər.
Təcili: Dubaydan Bakıya əşya və mal gətirənlər limiti keçdilər - GÖMRÜK ÖDƏMƏLİ OLACAQLAR - VİDEO
Nazirlikdən FED.az-a bildirilib ki, görüşdə Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş son dəyişikliklər və yeniliklər barədə sahibkarlara ətraflı məlumat verilib. Qeyd olunub ki, mexanizm emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, daxildə emal xüsusi gömrük proseduruna icazənin verilməsi və müraciət prosedurları barədə təqdimat olub.
Daxildə emal gömrük proseduru barədə iş adamlarını maraqlandıran məqamlarla bağlı müzakirə aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, daxildə emal - müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na edilən dəyişikliklərə əsasən, prosedurdan istifadə edən sahibkar alqı-satqı müqaviləsi əsasında xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində emal edərək istənilən ölkəyə ixrac etmək imkanı əldə edir. Dəyişikliklər nəticəsində, həmçinin daxildə emal xüsusi gömrük proseduru ilə bağlı sənədləşmə prosesi də sadələşdirilib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.