Bakıya Dubaydan gələn şəxslər xeyli sayda əşyalar və mallar gətirərək limit hədlərini keçdiyinə görə gömrük rəsmiləşdirilməsinə cəlb olunublar.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, 27 may 2023-cü il tarixdə Dubay-Bakı aviareysi ilə gələn bir qrup sərnişinə məxsus kommersiya təyinatlı ehtimal edilən xeyli sayda mallar irihəcmli olduqlarına görə gömrük baxışının həyata keçirilməsi üçün daha münasib gömrük rəsmiləşdirilməsi zonasına ünvanlanmışdır.
"Vİdeo kadrlardan da göründüyü kimi, aparlımış gömrük baxışı nəticəsində həmin sərnişinlərə məxsus xeyli sayda əşyalar və mallar qanunvericiliklə nəzərdə tutulmuş limit hədlərini keçdiyinə görə gömrük rəsmiləşdirilməsinə cəlb olunmuş və gömrük ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılmışdır"-deyə Komitə bildirib.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.